İranda evi dağılan azərbaycanlılar küçədə yatırlar
İran hökuməti güneydəki soydaşlarımıza qarşı ayrı-seçkilik etməkdə davam edir.
MediaPost xəbər verir ki, “MOUZE” teleqram kanalının məlumatına görə, həmyerlilərimiz Xoy şəhərində zəlzələnin fəsadları qarşısında çarəsiz qalıblar.
Belə ki, baş verən zəlzələdən zərərçəkən azərbaycanlılara baxan da yoxdur. Soydaşımız deyir ki, küçədə yatırlar, onlara çadır da vermirlər.