İranda “Fars körfəzinin timsahı” ləqəbli narkobaron edam olunub
25.01.2020 10:55

İranda “Fars körfəzinin timsahı” ləqəbli narkobaron edam olunub

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Hörmüzqan əyalətinin prokurorluğu məlumat yayıb.

Bildirilib ki, “Fars körfəzinin timsahı” ləqəbli Ə. Z. və onun yaxın adamı M.H. bu gün edam olunublar.

Bundan başqa, onların rəhbərlik etdiyi dəstənin digər 18 nəfər üzvü ümumilikdə 420 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Fars körfəzinin timsahı” ləqəbli narkobaron Pakistan, Əfqanıstan və Fars körfəzi ölkələrində narkotik ticarəti ilə məşğul olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm