İranda hərbçi üç polisi güllələyib
08.12.2019 06:55 Gündəm

İranda hərbçi üç polisi güllələyib

İranda hərbçi üç polisi güllələyib.

“Report” xəbər verir ki, bu barədə “İRİB” məlumat yayıb.

Qeyd olunub ki, hadisə ölkənin cənubunda, Hörmüzgan ostanının Bəndər Lingə şəhərində qeydə alınıb.

Polislərə atəş açan şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm