İranda koronavirusa yoluxanların sayı 650 mini ötüb
05.11.2020 16:29 Dünya

İranda koronavirusa yoluxanların sayı 650 mini ötüb

İranda son sutkada daha 406 nəfər koronavirus səbəbindən həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 36.985-ə, virusa yoluxanların sayı isə 8.772 nəfər artaraq 654.936-ya çatıb.

Qeyd edilib ki, virusa yoluxanlardan 505.287 nəfər sağalıb, 5.472 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm