İranda koronavirusa yoluxanların sayı 90 mini keçdi
26.04.2020 12:46 Dünya

İranda koronavirusa yoluxanların sayı 90 mini keçdi

İranda bu günə qədər 90 481 nəfər COVID -19 pandemiyasına yoluxub.

"MediaPost" xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi yayıb.

Açıqlanan məlumata görə, son sutka ərzində 1 153 virusa yoluxub.

Beləliklə də koronavirusa yoluxanların ümumi sayı 90 mini ötüb. Yoluxanlardan 3 079 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Məlumat üçün bildirək ki, bu günə qədər ölkədə 69 657 nəfər COVID -19 pandemiyasından müalicə olunub.


Xəbərlər departamenti

Gündəm