İranda koronavirusa yoluxma faktı aşkarlandı
19.02.2020 13:10 Dünya

İranda koronavirusa yoluxma faktı aşkarlandı

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda ölkədə koronavirusa mümkün yoluxma ilə bağlı iki hal mövcuddur.

"Bu fakt hələlik ilkin təhlilin nəticəsidir. Göndərilən nümunələrin ilkin təhlili aparıldı. Hər iki halda müsbət nəticə oldu”, - İran Səhiyyə Nazirliyinin nümayəndəsi söyləyib.

Məlumatda yekun nəticələrin müəyyənləşdirilməsi üçün əlavə təhlillərin aparılacağı vurğulanıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm