İranda koronavirusdan ölənlərin sayı artır
22.02.2020 11:27 Gündəm

İranda koronavirusdan ölənlərin sayı artır

“MediaPost” xəbər verir ki, İranda koronavirusdan ölənlərin sayı 6-ya çatıb. Yayılan məlumatlarda İranda daha 10 nəfərin epidemiyaya yolxuduğu bildirilib.

İtaliyada isə koronavirusdan 2-ci ölüm baş verib.

Çində bu vaxta qədər koronavirusdan ölənlərin sayı 2340 nəfəri ötüb.

Xatırladaq ki, bu günə qədər Yaponiyada 739, Cənubi Koreyada 346, Sinqapurda 86, Tailandda 35, Malayziyada 22, Avstraliyada 23, Vyetnamda 16, Almaniyada 16, ABŞ-da 35, Fransada 12, İngiltərədə 9, Birləşmiş Ərəb Əmirliklərində 9, Kanadada 9, İtaliyada 19, Hindistanda 2, Filippində 3, Misirdə 1, Livanda 1, İsraildə 1 nəfərdə koronaviorus aşkarlanıb.

Epidemiyanın yayıldığı ölkələr arasında Rusiya, İspanya, Nepal , Şri Lanka, Kambociya, Belçika və İsveç də var.

Xəbərlər departamenti

Gündəm