İranda koronavirusdan sonra daha bir fəlakət
22.04.2020 13:30 Dünya

İranda koronavirusdan sonra daha bir fəlakət

İranın Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamada xüsusilə cənub bölgələrinin çəyirtkə hücumundan əziyyət çəkəcəyi bildirilib.

"MediaPost" xəbər verir ki, çöl çəyirtkələri qərbi Afrikada Uqanda, Efiopiya və Keniyada kənd təsərrüfatı ərazilərini yarasız vəziyyətə salıb. Bu ərazilərdə bir müddət sonra qida böhranı yaşanacağı söylənilir.

İran hazırda çəyirtkə hücumuna qarşı 6 milyon dollarlıq bir büdcə ayırıb. Bu büdcəyə 6,12 milyon dollar da əlavə olunması gözlənilir.

Ötən il çəyirtkə hücumundan sonra İranda 200 min hektar ərazi məhv olub.

Xəbərlər departamenti

Gündəm