İranda koronavirusla bağlı saxta xəbər yayan şəxs tutuldu
06.02.2020 19:52 Xarici siyasət

İranda koronavirusla bağlı saxta xəbər yayan şəxs tutuldu

İranın hüquq-mühafizə orqanları ölkədə koronavirus xəstəliyi barədə saxta video yayan şəxsi saxlayıb.

Trend-in məlumatına görə, ölkənin hüquq-mühafizə orqanları sosial şəbəkələrdə "Kürdüstanda (İranın qərbindəki əyalət - red.) ilk koronavirusa yoluxan şəxsin xəstəxanaya yerləşdirilməsi" adlı videonun yayımlanması ilə maraqlanıblar və xəbərin yalan olduğunu müəyyən ediblər.

Xəbərlər departamenti

Gündəm