İranda koronavirusu 5 saniyədə müəyyənləşdirən yeni cihaz hazırlanıb
15.04.2020 16:30 Dünya

İranda koronavirusu 5 saniyədə müəyyənləşdirən yeni cihaz hazırlanıb

İran İnqilab Keşikçiləri Ordusunun komandiri Hüseyn Səlami koronavirusun yayıldığı bölgəni 5 saniyə içində müəyyənləşdirən bir cihaz istehsal etdiklərini açıqlayıb.

"MediaPost" xəbər verir ki, general hazırladıqları cihazın 10 metrə qədər olan məsafədəki insanda olan hər hansısa virusun mövcudluğunu 5 saniyədə təyin etdiyini bildirib.

"Bu cihaz sınaqdan uğurla keçib. İnsandan qan almadan uzaq məsafədən virusun yayıldığı ərazini və yoluxan insanları müəyyənləşdirə bilirik" .

Xəbərlər departamenti

Gündəm