İranda sərnişin təyyarəsi eniş zolağından çıxıb
01.02.2020 10:12 Xarici siyasət

İranda sərnişin təyyarəsi eniş zolağından çıxıb

“MediaPost”un məlumatına görə, bu barədə İRNA xəbər agentliyinə Kirmanşah valisi Huşəng Bəzauvənd açıqlama verib. O, Şəhid Əşrəf İsfahani hava limanında eniş zolağından çıxan sərnişin təyyarəsində heyətlə birgə ümumilikdə 110 nəfər olduğunu bildirib.

Vali təyyarə heyətindən və sərnişinlərdən heç birinin zərər görmədiyini qeyd edib.

H.Bəzauvənd Qəzaya səbəb olan amilin qar yağışı ola biləcəyini, məsələnin araşdırıldığını deyib.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm