İranda son 24 saatda 419 nəfər koronavirus nəticəsində ölüb
04.11.2020 16:48 Dünya

İranda son 24 saatda 419 nəfər koronavirus nəticəsində ölüb

İranda son sutkada daha 419 nəfər koronavirus səbəbindən həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 36.579-a, virusa yoluxanların sayı isə 8.452 nəfər artaraq 646.164-ə çatıb.

Qeyd edilib ki, virusa yoluxanlardan 500.400 nəfər sağalıb, 5.426 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm