İranda son sutkada 81 nəfər COVID-19 qurbanı olub
14.01.2021 16:16 Dünya

İranda son sutkada 81 nəfər COVID-19 qurbanı olub

İranda son sutkada daha 81 nəfər koronavirus səbəbindən həyatını itirib.

“MediaPost” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölənlərin sayı 56,538-ə, virusa yoluxanların sayı isə 6.471 nəfər artaraq 1,311,810-a çatıb.

Qeyd edilib ki, virusa yoluxanlardan 1,101,599 nəfər sağalıb, 4.437 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

Gündəm