İranda son sutkada daha 212 nəfər COVID-19 qurbanı oldu
04.08.2020 15:30 Gündəm Dünya

İranda son sutkada daha 212 nəfər COVID-19 qurbanı oldu

İranda son 24 saatda daha 212 nəfər yeni tip koronavirus pandemiyası səbəbi ilə həyatını itirib.

“MediaPost” xəbər verir ki, beləliklə COVID-19 nəticəsində ölənlərin sayı 17.617-yə, virusa yoluxanların sayı isə 2.751 nəfər artaraq 314.786-ya yüksəlib.

Virusa yoluxanlardan 272.535 nəfər sağalaraq evə buraxılıb, 4.132 nəfərin vəziyyəti ağırdır.

Xəbərlər şöbəsi

Gündəm