İranda virusa yoluxanların sayı 312 mini ötdü
03.08.2020 12:21 Gündəm Dünya

İranda virusa yoluxanların sayı 312 mini ötdü

İranda ötәn sutka әrzindә daha 2 598 nәfәrin koronavirusa (COVID-19) yoluxması ilә bu virusa yoluxanların sayı 312 035 nәfәrә çatıb.

“MediaPost”un məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. 

Virus daşıyıcılarından 4 104 nәfәrin vәziyyәti ağırdır. İranda ötәn 24 saat әrzindә daha 215 nәfәr koronavirusdan ölüb. Ümumilikdə virusdan ölәnlәrin sayı 17 405 nәfәrә yüksәlib.

İranda 270 228 nәfәrin koronavirusdan sağalıb və indiyәdәk 2,53 milyondan çox diaqnoz testi hәyata keçirilib.

Xəbərlər şöbəsi

Gündəm