İranda zəlzələ oldu
18.04.2021 12:43 Dünya

İranda zəlzələ oldu

İranın cənub bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

"MediaPost" “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat haqda məlumat verilməyib.

Xəbərlər şöbəsi

Gündəm