İranda zəlzələ oldu
07.05.2021 19:43 Dünya

İranda zəlzələ oldu

İranın cənubunda 4,2 bal gücündə zəlzələ olub.

"MediaPost" xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Buşəhr əyalətinin Bəndər Qunavə .əhərində baş verib.

Saat 17:14-də qeydə alınan təkanların yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilir.

Zəlzələdə dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Xəbərlər şöbəsi

Gündəm