İrandan açıqlama: Qəza terror nəticəsində baş verib
11.04.2021 20:23 Dünya

İrandan açıqlama: Qəza terror nəticəsində baş verib

İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

"MediaPost"un "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

"İran bu çirkin aktı qınayır və beynəlxalq cəmiyyətə və AEBA-ya nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmaq lazım olduğunu xatırladır", - deyə o bildirib.

Əli Əkbər Salehi əlavə edib ki, İran hadisəyə görə məsuliyyət daşıyanlara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Xəbərlər şöbəsi

Gündəm