İrandan Azərbaycana sərnişin qatarı işə düşdü - Pulsuz işləyəcək
22.01.2020 09:30 Cəmiyyət

İrandan Azərbaycana sərnişin qatarı işə düşdü - Pulsuz işləyəcək

"Report" xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.

Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.

Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm