İrandan sonra daha iki ərəb ölkəsində koronavirus aşkarlanıb
24.02.2020 09:15 Dünya

İrandan sonra daha iki ərəb ölkəsində koronavirus aşkarlanıb

"MediaPost" xəbər verir ki, Bəhreyn rəsmi xəbər agentliyi "BNA" ölkədə ilk koronavirusa yoluxma faktının qeydə alındığını, Küveyt rəsmi xəbər agentliyi "KUNA" isə İrana səfər edən 3 nəfərdə virus aşkarlandığını açıqlayıb.

Bəhreyn Səhiyyə Nazirliyi virusun İrandan daxil olduğunu ehtimal edir.

Digər tərəfdən, Küveyt Səhiyyə Nazirliyi yoluxmuş üç şəxsdən birinin Səudiyyə Ərəbistanından, digərinin isə yerli vətəndaş olduğunu bildirib.

O qeyd edib ki, hazırda üçüncü şəxsin milliyyəti barədə hələ məlumat yoxdur.

Xəbərlər departamenti

Gündəm