İranın Arak nüvə reaktorunun ikinci dövrəsi də istismara veriləcək
23.12.2019 16:35 Xarici siyasət

İranın Arak nüvə reaktorunun ikinci dövrəsi də istismara veriləcək

Mediapost.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İranın rəsmi “Mehr” Agentliyi məlumat yayıb. İkinci dövrə 2015-ci il müqaviləsi çərçivəsində İranın nüvə proqramına qoyulan məhdudiyyətləri pozmayacaq, amma reaktorların işləməsi ABŞ-la münasibətləri daha da gərginləşdirə bilər.

Xatırladaq ki, prezident Donald Trampın təşəbbüsü ilə ABŞ ötən il nüvə sazişini tərk edib və iki ölkə arasındakı gərginliyə səbəb olan sanksiyalar bərpa edilib. İran rəsmiləri dəfələrlə İslam Respublikasının sanksiyalar səbəbindən müqavilənin öhdəliklərini azaltmaqda davam edəcəyini bəyan ediblər.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm