İranın səfiri London televiziyalarından şikayət edib
24.11.2019 13:14 Siyasət

İranın səfiri London televiziyalarından şikayət edib

İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninejad Londonda fəaliyyət göstərən “BBC Farsca”, “İran İnternational” ve “Manoto” televiziya kanallarından şikayət edib.

AZƏRTAC xəbər verir ki, səfir Böyük Britaniyanın televiziya və radio kanallarına nəzarət edən qurumuna yazdığı ərizədə bu televiziyaların İran əleyhinə yalan və böhtan kompaniyasından ibarət təbliğat apardığını bildirib. Onun sözlərinə görə, İran haqqında Böyük Britaniya ictimaiyyətinə təqdim edilən neqativ faktlar həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır.

Böyük Britaniya qanunlarına görə səfirin ərizəsi müvafiq qurum tərəfindən araşdırılacaq. Həmin qurum televiziyaların yayımının dayandırılmasına qərar vermək hüququna malikdir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm