İranın zərbəsinə Trampdan ilk açıqlama: "Unutmayın ki..."
08.01.2020 08:11 Xarici siyasət

İranın zərbəsinə Trampdan ilk açıqlama: "Unutmayın ki..."

"MediaPost"un xəbərinə görə, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazasına raket zərbəsi endirdiklərini açıqlayıb. İranın ABŞ-ın İraqda yerləşən hərbi bazalarına raket hücumu nəticəsində 80 nəfərin öldüyü bildirilir.

ABŞ prezidenti Donald Tramp İranın hücumundan sonra mediaya ilk açıqlamasını verib.

“Hər şey qaydasındadır. İran ABŞ-ın İraqdakı iki hərbi bazasına raket zərbələri endirib. Dəyən zərərin miqdarını öyrənməyə çalışırıq. Unutmayın ki, dünyanın ən güclü və tam təminatlı ordusuna sahibik. Sabah bu mövzuda daha detallı açıqlama verəcəm” - ABŞ prezidenti bildirib.

İranın xarici işlər naziri Cavad Zərif öz Tvitter hesabından hadisə ilə bağlı açıqlama verib: “İran beynəlxalq normalara uyğun addım atıb. Vətəndaşlarımız və yüksək rütbəli məmurlarımıza qarşı əməliyyat aparan hərbi baza vurulub. Müharibə tərəfdarı olmasaq da, özümüzü hər cür hücumlara qarşı qoruya biləcək gücə sahibik”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm