İranla ABŞ arasında məhkumlar dəyişdirilir
11.04.2021 23:14 Dünya

İranla ABŞ arasında məhkumlar dəyişdirilir

İran hökuməti Amerika Birləşmiş Ştatları ilə məhkum dəyişməsi mövzusunun vasitəçilər üzərindən danışıldığını bildirib.

"MediaPost" xəbər verir ki, bu barədə "Tesnim" xəbər agentliyi məlumat yayıb.

ABŞ həbsxanalarındakı iranlı məhkumların azad edilməsi üçün çalışırıq. ABŞ və digər ölkələrdəki iranlı məhkumların sərbəst buraxılması vasitəçilər yolu ilə danışılır. Amerika ilə məhkum dəyişməsinə çoxdandır hazırıq", - deyə Prezident Aparatının nümayəndəsi Mahmud Vaezi bildirib.

Qeyd edək ki, rəsmi Vaşinqtonun İrana qarşı təzyiqləri nəticəsində ölkə xaricində bir çox İran vətəndaşı həbs olunub.

Xəbərlər şöbəsi

Gündəm