İranlı generalın öldürülməsi xəbəri neftin qiymətinə təsir edib
03.01.2020 08:50 İqtisadiyyat

İranlı generalın öldürülməsi xəbəri neftin qiymətinə təsir edib

İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi xəbəri fonunda “qara qızıl”ın qiyməti bahalaşıb.

"MediaPost" “Report” xəbər verir ki, mart ayında tədarük olacaq “Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb.

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm