İranlı generalın ölümü Trampın 8 il öncəki paylaşımını gündəmə gətirib
04.01.2020 11:48 Xarici siyasət

İranlı generalın ölümü Trampın 8 il öncəki paylaşımını gündəmə gətirib

"MediaPost" xəbər verir ki, Birləşmiş Ştatların prezidentinin keçmiş ölkə başçısı Barak Obama haqda qeyd etdiyi fikirlər müzakirə mövzusuna çevrilib.

Belə ki, Tramp 2011-ci ilin noyabr ayında sosial media hesabında həmin dönəmdə İran-ABŞ arasında yüksələn gərginliklə bağlı münasibət bildirərkən "yenidən seçilmək üçün Barak Obama İranla müharibə başladacaq" yazıb.

İranlı generalın öldürülməsi Trampın 8 il öncəki paylaşımını gündəmə gətirib


Tvitin ortaya çıxmasından sonra hava hücumunun Donald Trampın bu ilin 3 noyabrında keçiriləcək seçkilərdə yenidən prezident seçilməsi üçün bilərəkdən atılan addım kimi dəyərləndirilir.

Xatırladaq ki, Q.Süleymaninin öldürülməsinə reaksiya verən bəzi demokrat senatorlar ABŞ prezidentini ölkəni müharibəyə sürükləməkdə ittiham edib.

"MediaPost"


Həmçinin oxu: "Bu hadisə Trampın reytinqinə müsbət təsir göstərəcək"

Xəbərlər departamenti

Gündəm