İraqda ABŞ hərbçilərinin olduğu aviabaza yaxınlığına 5 mərmi atılıb
01.02.2020 06:38 Xarici siyasət

İraqda ABŞ hərbçilərinin olduğu aviabaza yaxınlığına 5 mərmi atılıb

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarının mətbuat xidməti bildirib.

"Neynəva əyalətində Kayyara təyyarə bazasının yaxınlığına beş minaatan mərmisi düşüb", - xəbərdə deyilir. Mətbuat xidməti əlavə edib ki, ölənlər və ya xəsarət alanlar yoxdur, bazaya maddi ziyan dəyməyib.

Mosul əyalətinin inzibati mərkəzindən cənubda yerləşən Kayyara bazası 2003-cü ildən ABŞ qoşunları tərəfindən istifadə olunur. Təyyarə bazası artıq 2019-cu ilin noyabrında raket atəşinə məruz qalıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm