İraqda atışmada 6 nəfər həlak olub
13.12.2019 07:16

İraqda atışmada 6 nəfər həlak olub

Trend-in məlumatına görə, bu barədə "Sky News" telekanalı bildirib.

Yüzlərlə etirazçının iki aydır müntəzəm toplaşdığı Təhrir Meydanında çərşənbə axşamı günündən bəri minlərlə iraqlının iştirak etdiyi mitinq davam edir. Onlar tələbləri yerinə yetirilməyənə qədər meydanı tərk etməmək niyyətindədirlər.

Hazırda yeni hökumətin təcili qurulması, parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi əsas tələblərdəndir.

Xəbərlər departamenti

Gündəm