İraqda aviabazaya raket hücumu oldu
04.05.2021 19:40 Dünya

İraqda aviabazaya raket hücumu oldu

İraqın qərbində Anbar əyalətində “Ayn-əl-Əsəd” aviabazası raket atəşinə tutulub.

"MediaPost" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti açıqlama yayıb. 2 ədəd “Katyuşa” raketi aviabazada boş sahəyə düşüb. Ölən olmadığı bildirilir.

Qeyd edək ki, Bağdaddan 160 kilometr şimalda yerləşən “Ayn-əl-Əsəd” ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası ordusunun ölkədəki yeganə bazasıdır.

Xəbərlər şöbəsi

Gündəm