İraqda etirazçılar ABŞ qoşunlarının ölkəni tərk etməsini tələb edirlər
24.01.2020 16:05 Xarici siyasət

İraqda etirazçılar ABŞ qoşunlarının ölkəni tərk etməsini tələb edirlər

“MediaPost” “Reuters”ə istinadən xəbər verir ki, şahidlər çoxsaylı etirazçıların əvvəlcə Bağdadın mərkəzindəki Əl-Hurriya meydanında toplaşmağa başladığını bildirib.

İraqın şiə müsəlman din xadimi ayətullah Əli əl-Sistani də etirazlardan sonrakı həftəlik xütbəsində siyasi qüvvələri ölkəyə sabitlik gətirmək və iraqlıların həyatını yaxşılaşdırmaq məqsədilə islahatlar aparmaq üçün yeni bir hökumət qurmağa çağırdı.

Etirazlar 2003-cü ildən sonrakı sistemin parçası olan bütün qruplara və fiqurlara yönəlmişdir. Bəzi millət vəkilləri və etirazçılar yeni anti-ABŞ ritorikasına üstünlük verməyə başlayıblar. Proqnozlara görə ictimai iğtişaşlar getdikcə korrupsiyalaşmış siyasi elitanın qarşısını almaq məqsədindən yayınır və daha çox zorakılığa yuvarlanır.

Coşqun Əli, “MediaPost”

Xəbərlər departamenti

Gündəm