İraqda İran konsulluğuna hücum olub: 5 nəfər ölüb
04.11.2019 11:24 Gündəm

İraqda İran konsulluğuna hücum olub: 5 nəfər ölüb

Kərbəla şəhərində İran konsulluğunun qarşısında ölüm hadisəsi baş verib.

Mediapost.az xəbər verir ki, İraqda davam edən kütləvi etiraz aksiyaları zamanı konsulluğun binasına hücum edilib. Asayiş keşikçiləri bunun qarşısı almağa çalışıb. Nəticədə 5 nəfər ölüb və yaralananlar olub.

Mitinq iştirakçıları İran konsulluğunun qapısına od vurub. Bunun ardınca diplomatik binanın mühafizəçiləri ilə etirazçılar arasında toqquşma yaşanıb.

Xəbərlər departamenti

Gündəm