İraqda nümayişçilər ABŞ səfirliyini ələ keçirib - VİDEO
31.12.2019 13:21 Xarici siyasət

İraqda nümayişçilər ABŞ səfirliyini ələ keçirib - VİDEO

"Report" NTV-yə istinadən xəbər verir ki, aksiya iştirakçıları diplomatik korpusun binasının divarına od vurublar.

ABŞ-ın Bağdaddakı səfirinin və diplomatlarının binanı tərk etdiyi bildirilir.

Qeyd edək ki, ABŞ diplomatlarına hücuma qarşılıq olaraq İranın dəstəklədiyi "Haşdi Şabi" silahlı qruplaşmasına bağlı "Xətaib Hizbullah" təşkilatının İraqdakı üç mövqeyinə hava zərbəsi endirib. Nəticədə 28 nəfər ölüb, 48 nəfər yaralanıb. ABŞ-ın İraqdakı səfirliyinin qarşısında da etirazlar bu səbəbdən başlayıb.

"MediaPost"


Xəbərlər departamenti

Gündəm