İraqda polislə toqquşmalar zamanı 3 aksiya iştirakçısı ölüb
24.11.2019 09:16 Gündəm

İraqda polislə toqquşmalar zamanı 3 aksiya iştirakçısı ölüb

Ötən gecə İraqın an-Nasriyə şəhərində aksiyaçıların dağıdılması zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

APA-nın "Əl-Ərəbyə" telekanalına istinadən verdiyi məlumata görə, polis aksiyanı dağıtmaq üçün odlu silahdan istifadə edib.

İraqın digər şəhərlərində də aksiyalar keçirilib.

Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.

Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb ediblər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toqquşmalara çevrilib. Şiə din xadimi Müqtəda əs-Sədr parlamenti istefa verməsinin və beynəlxalq müşahidəçilərin nəzarətində növbədənkənar seçkilər keçirilməsinin zəruri olduğunu bəyan edib.

İndiyə qədər aksiyalarda toqquşmalar nəticəsində 300-dən çox insan ölüb, 15 minə qədər insan yaralanıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm