İraqda posta silahlı hücum: 11 ölü, 8 yaralı
İraqda posta silahlı hücum olunub.
"MediaPost" "As Sumaria"ya istinadən xəbər verir ki, hadisə paytaxt Bağdadın qərbindəki Əl Radvaniyada baş verib. Hücum nəticəsində 11 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
Bildirilib ki, kimliyi məlum olmayan şəxslər hücum zamanı əl qumbarası və avtomatlardan istifadə edib.
Faktla bağlı araşdırma aparılır.