İraqın baş naziri istefa haqqında ərizəni parlamentə təqdim edib
01.12.2019 06:04 Siyasət

İraqın baş naziri istefa haqqında ərizəni parlamentə təqdim edib

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı bildirib.

Baş nazirin istefaya getmək niyyəti haqqında hələ oktyabrın sonlarında bildirilirdi.

İraqda kütləvi etiraz aksiyaları oktyabrın başlanğıcından davam edir. Nümayişçilər hökumətin istefasını, korrupsiyaya qarşı mübarizə aparılmasını, işsizlik, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

KİV-in məlumatına görə, polislə etirazçıların toqquşmaları zamanı 300-dən çox insan həlak olub, təxminən 15 min xəsarət alıb.

Xəbərlər departamenti

Gündəm