İraqın cənubunda toqquşmalarda 47 polis xəsarət alıb
28.11.2019 16:17

İraqın cənubunda toqquşmalarda 47 polis xəsarət alıb

İraqın Nəcəf şəhərində polislər və etirazçılar arasında toqquşmalar baş verib.

Trend-in məlumatına görə, bunu "Al-Arabiya" telekanalına Nəcəf əyalətinin qubernatoru Luay əl-Yasiri deyib.

L.əl-Yasiri bildirib: "İran konsulluğunda bşa verən hadisələr zamanı Nəfər şəhərinin 47 polis əməkdaşı xəsarət alıb".

Qubernator vurğulayıb ki, hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Xatırladaq ki, daha əvvəl bir qrup etirazçı İranın Nəcəf şəhərindəki konsulluğuna hücum edib və binaya girişi yandırıb. Daha sonra alov binanın digər hissələrinə də keçib. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə çalışırlar.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm