İraqın müdafiə nazirinin ikinci vətəndaşlığı olduğu üzə çıxıb
23.11.2019 07:50

İraqın müdafiə nazirinin ikinci vətəndaşlığı olduğu üzə çıxıb

İraqın müdafiə naziri Nəcah əş-Şamarinin eyni zamanda İsveç vətəndaşı da olduğu üzə çıxıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, İraq Konstitusiyasına əsasən yüksək vəzifəli şəxslərin ikili vətəndaşlığı ola bilməz.

Bildirilir ki, N. əş-Şamari İsveçin Stokholm şəhərinin rayonlarından birində başqa ad altında qeydiyyatdadır.

Qeyd edək ki, Nəcah əş-Şamari 2019-cu ilin iyun ayından İraqın müdafiə naziridir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm