İrəvan və Tbilisi arasında razılıq: "Bakı bu dəfə məsələni anlayışla qarşılamaya bilər" - İLGİNC AÇIQLAMA
17.11.2023 18:30 Siyasət

İrəvan və Tbilisi arasında razılıq: "Bakı bu dəfə məsələni anlayışla qarşılamaya bilər" - İLGİNC AÇIQLAMA

"Gürcüstan və Ermənistan müdafiə nazirləri İrəvanda ikitərəfli əməkdaşlıq planı imzalayıb. Bu razılaşma Fransanın “Bastion” zirehli texnikasının Ermənistana Gürcüstan vasitəsilə aparılması faktı fonunda diqqət çəkir. Və mümkündür ki, Ermənistanın silahlandırılmasında Gürcüstan marşrutundan istifadə davam edəcək, hətta intensivləşəcək. İrəvan və Tbilisi də bununla bağlı rəsmi razılaşma əldə edir".

Bu fikirləri "MediaPost"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı səsləndirib.

alt text

O bildirib ki, Tbilisinin “Bastion”lar üçün tranzit olmasının Bakıda anlayışla qarşılandığı müşahidə edildi: "Çünki Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun təsdiqlənməsi gündəmdədir. Tbilisi bunu riskə atmaq istəməyib. Hərçənd, proses təhlükəli miqyas alacağı təqdirdə Bakı məsələni anlayışla qarşılamaya da bilər. Xüsusilə hərbi texnikanın daşınmasının intensivləşməsi və hücum silahlarının ötürülməsi fonunda bunun baş verməsi mümkündür. Müdafiə nazirlərinin imzaladığı ikitərəfli əməkdaşlıq planı bunun baş verəcəyi gözləntisini ön plana çıxarır".

Müşviq Tofiqoğlu

Gündəm