İrlandiyada separatçı qruplaşma onlarla üzvünü səhvən öldürüb
31.12.2019 08:16 Hadisə

İrlandiyada separatçı qruplaşma onlarla üzvünü səhvən öldürüb

Məlumatı The Guardian nəşri yenicə məxfilikdən çıxarılmış sənədlərə əsasən yayıb.

“MediaPost” Lenta.ru-ya istinadən xəbər verir ki, adətən dövlət qurumları kiminlə əməkdaşlıq etdiyini açıqlamırlar, lakin bu dəfə sənədlərdə ölü tapılan onlarla insanın təhlükəsizlik orqanlarına heç vaxt məlumat verməməsi aşkarlanıb.

Qətllər 1978-ci ildən 1992-ci ilə qədər baş verib. Casusluqda şübhəli bilinən IRA üzvlərinin etiraf üçün işgəncələrə məruz qaldıqları, sonra öldürdükləri və cəsədlərinin atıldığı bildirilir.

Xatırladaq ki, 1969-cu ildə “Şinn Feyn” irland partiyasının silahlı qanadı olaraq yaradılan IRA, 1920-ci illərdə yaradılan irland mübarizə təşkilatlarının varisidir. IRA İrlandiyanın birləşməsini əsas məqsədi hesab edir, Şimali İrlandiyanın Böyük Britaniya tərkibindən çıxmasını hədəfləyir. 2005-ci ildən IRA partizan fəaliyyətini dayandırdığını elan edib və qeyri-qanuni biznesə qoşulub.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm