"İşçiləri ixtisar edənlər dövlət yardım paketindən məhrum olacaqlar" - ŞƏRH
21.04.2020 08:22 İqtisadiyyat

"İşçiləri ixtisar edənlər dövlət yardım paketindən məhrum olacaqlar" - ŞƏRH

Bunu “MediaPost”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, maliyyə yardımı üçün tələb olunan meyarlardan biri də işçilərin ixtisar edilməməsidir. Əgər özəl şirkət dövlətdən yardım alıbsa və işçilərini ixtisar edibsə, o halda mövcud qaydalara əsasən, dövlətdən alınan yardım geri qaytarılır:

“Ölkə prezidentinin tapşırığı ilə hazırlanmış iqtisadi paketə uyğun olaraq işçilərini ixtisar etməyən özəl şirkətlər pandemiyanın təsir etdiyi 20 sahədə fəaliyyət göstərirsə, o zaman dövlətdən birbaşa maliyyə yardımı ala bilər. Nəzərə alsaq ki, həmin şirkətlər işçinin əmək haqqı 712 manatdan azırda, onda əmək haqqı tam ödənilir, əgər əmək haqqı 712 manatdan çoxdursa, 712 manatadək olan hissəsi ödənilir. Bu vaxt maliyyə dəstəyi ilə bağlı əsas tələb işçilərin ixtisar edilməməsidir. Ancaq təəssüf ki, aparılan monitorinqlər göstərir ki, bəzi şirkətlərdə işçilərin ixtisar edilməsi faktları var. Maliyyə yardımı yalnız əməkhaqqı üçün istifadə oluna bilər. Buna baxmayaraq, əgər özəl şirkət dövlətdən yardım alıbsa və işçilərini ixtisar edibsə, o halda mövcud qaydalara əsasən, dövlətdən alınan yardım geri qaytarılır. Yəni işçilərini ixtisar edən pandemiyanın təsir etdiyi fəaliyyət sahələri maliyyə yardımından istifadə edə bilməzlər. Maliyyə yardımı üçün tələb olunan meyarlardan biri də işçilərin ixtisar edilməməsidir. Özəl şirkətlər işçilərini ixtisar edərsə, işçilərin də əmək hüquqları qorunmalıdır. Həmkarlar İttifaqının bu məsələdə mövqeyi çox önəmlidir. Təbii ki, dövlət qurumları da monitorinqlər aparır. Nəticədə postpandemiya dövründə də şirkətlərə dəstək paketi reallaşacaq. Praktik olaraq işçilərini ixtisar edən şirkətlər belə dəstək paketindən faydalana bilməyəcək. Bəzi şirkətlər elə düşünürlər ki, işçiləri ixtisar etməklə müəyyən vəsaitlərə qənaət edirlər, amma reallıqda bu belə deyil. Çünki işçiləri ixtisar etmək dövlət yardım paketindən məhrum olmaq, postpandemiyada dövlət dəstəyindən istifadə edə bilməmək deməkdir. Ona görə də şirkətlərin də koorparativ sosial məsuliyyət prinsipinə uyğun olaraq bu məsələyə daha ciddi yanaşmağa ehtiyac var. İşçilər də şirkətdən əmək müqaviləsi şərtlərinə uyğun olaraq əmək hüquqlarının qorunmasını tələb edə bilər”.

Xəbərlər departamenti

Gündəm