Xocalı və Xocavəndin bu kəndləri işğaldan azad edildi - Prezidentdən yeni tvit
Bir sıra ərazilərimiz işğaldan azad edilib.
"MediaPost" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter"də yazıb:
"Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
"Müzəffər Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli kəndləri işğaldan azad olunub. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".