İşğaldan azad edilən yerlərdə aqrar sahə ilə bağlı fəaliyyət planı hazırlanır
04.11.2020 13:35 Kənd təsərrüfatı

İşğaldan azad edilən yerlərdə aqrar sahə ilə bağlı fəaliyyət planı hazırlanır

Azərbaycanın işğaldan azad edilən torpaqlarında kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur.

"MediaPost"un məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Aqrar Sığorta Fondunda Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsinin imzalanmasına həsr olunan tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı hesablamalara və fəaliyyət planının hazırlanmasına başlanılıb.

Nazir bildirib ki, Ermənistanın hərbi təcavüzü aqrar sahəyə təsirsiz ötüşməyib: "Bu hücum nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Ümumilikdə, davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib". APA

Könül Vəliyeva

Gündəm