İşğaldan azad olunmuş ərazidə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirilib - <span>VİDEO</span>
06.11.2020 11:40 Hadisə

İşğaldan azad olunmuş ərazidə ilk yanğınsöndürmə əməliyyatı həyata keçirilib - VİDEO

Noyabrın 5-də düşməndən azad edilmiş Füzuli şəhərində inzibati binanın yaxınlığında açıq sahədə məişət tullantıları yanıb.

"MediaPost" xəbər verir ki, yanğın əraziyə dərhal cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülərək alovun inzibati binaya keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 50 kv.m sahədə məişət tullantıları yanıb.

Qeyd edək ki, bu, FHN qüvvələrinin işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirdiyi ilk yanğınsöndürmə əməliyyatıdır.

 

Xəbərlər şöbəsi

Gündəm