İşğaldan azad olunmuş rayonlara müvəqqəti komendantlar təyin olunub
12.11.2020 14:43 Daxili siyasət

İşğaldan azad olunmuş rayonlara müvəqqəti komendantlar təyin olunub

"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Bu barədə "MediaPost"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

Xəbərlər departamenti

Gündəm