İŞİD-in yeni lideri ermənidir?
23.01.2020 08:58 Gündəm

İŞİD-in yeni lideri ermənidir?

Xəbərdə İŞİD-in yeni lideri olaraq adlandırılan Əl Səlbinin İraq türkmən cəbhəsinin Türkiyə təmsilçisi olan Adil Səlbinin qardaşı olduğu iddia edilir.

İŞİD-in ABŞ ordusu tərəfindən öldürülən lideri Əl Bağdadinin ardınca yeni rəhbər olaraq Əbu İbrahim əl Haşimi əl Qureyşinin təyin olunması xəbəri yayılmışdı. Ancaq bu ad döyüşlərdə istifadə edilən bir ləqəb idi və təşkilata liderlik edən şəxsin kimliyi barədə məlumat yoxdu.

İngilis kəşfiyyatının “Guardian”a verdiyi məlumata görə, əl Səlbi İŞİD-in qurucularından biri olub. Xəbərdə "Əl Səlbi İraqdakı yezidilərə qarşı həyata keçirilən qırğına görə məsuliyyət daşıyır. Təşkilatın bir çox ölkələrdə həyata keçirilən qiyamlarına nəzarət edir", – deyə bildirilib.

Xəbərdə onun haqda deyilir: “İraqda türkmənlərin yaşadığı Telaferdə anadan olan əl Səlbi, təşkilatın aparıcı heyətindəki ərəb olmayan nadir adlardan biridir. O, İŞİD-in ən güclü ideoloqlarından olub. Döyüşlər zamanı istifadə etdyi bir digər ləqəbi "Hacı Abdulla" və "Abdulla Qardaş" olduğu söylənilir”.

“MediaPost” xəbər verir ki, yeni lider ətrafında bir çox türk siyasətçilər fərqli fikirlər səsləndirirlər.

Türkiyənin sabiq millət vəkili Sinan Oğan terror qruplaşmasının yeni rəhbərinin türkmən olması iddiasını təkzib edir. Onun fikrincə, əl Səlbi türkmən əsilli Şeyxlər qəbiləsi tərəfindən övladlığa götürülən erməni olub.

İŞİD-in yeni lideri ermənidir?

Sinan Oğanın bu tvitini cavablayan akademik və yazar Fatih Yaşlı bildirib ki, İŞİD özünə bir lider seçəcəksə, bu şəxsin türkmən olması imkansızdır: "O, yalnız erməni ola bilər".

“MediaPost”

Xəbərlər departamenti

Gündəm