İsmayıllıda qanunsuz balıq ovlayan 5 nəfər cərimələnib
23.04.2020 10:50 Hadisə

İsmayıllıda qanunsuz balıq ovlayan 5 nəfər cərimələnib

Ölkədə elan edilən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Balik kəndində yerləşən göldən balıq ovlamaq istəyən şəxsləri müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "MediaPost"a verilən məlumata görə, həmin şəxslər polis şöbəsinə gətirilib. Onların İsmayıllı rayon sakinləri - Kənan Əhmədov, Emin Səmədli, Ramiz Mehdiyev, Gündüz Həmzəyev və Rəşad Həmzəli olduqları müəyyənləşib.

Karantin qaydalarını pozduqları üçün onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək inzibati qaydada cəzalandırılıblar.

Xəbərlər departamenti

Gündəm