İsrail Bəşər Əsədin hərbi anbarını bombaladı - <span>VİDEO</span>
05.05.2021 09:16 Gündəm Dünya

İsrail Bəşər Əsədin hərbi anbarını bombaladı - VİDEO

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Suriya prezidenti Bəşər Əsədə bağlı olan Latakiya əyalətində hərbi anbara zərbə endirib.

"MediaPost" SANA-ya istinadən xəbər verir ki, Suriyanın hava müdafiə sistemi İsrailin raket zərbələrinin bəzilərini zərərsizləşdirsə də, Latakiya əyalətindəki əl-Haffa və Hama əyalətindəki Misyaf bölgələrini bombalanıb.

Latakiya ətrafındakı mülki plastik məhsul anbarı da İsrailin zərbələri nəticəsində dağıdılıb. Bəzi mülki obyektlərə ziyan dəyməsi nəticəsində, xeyli sayda dinc insanlar həlak olub və yaralanıb. 

 

Xəbərlər departamenti

Gündəm