Ceyhun Bayramov İsrail prezidenti ilə görüşüb
30.03.2023 13:13 Xarici siyasət Gündəm

Ceyhun Bayramov İsrail prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Prezidenti İshak Hersoq ilə görüşüb.

MediaPost xəbər verir ki, bu barədə İsrail Prezidentinin ofisi "twitter" səhifəsində məlumat yayıb.

“Prezident İshak Hersoq bu gün iqamətgahda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Prezident onu Azərbaycanın İsraildə səfirliyinin açılması və ilk səfirin təyin olunması münasibətilə təbrik edib”, - paylaşımda qeyd olunub.

Xəbərlər departamenti

Gündəm