İsraildə hərbiçilərlə toqquşmalarda 19 fələstinli xəsarət alıb
25.01.2020 06:33

İsraildə hərbiçilərlə toqquşmalarda 19 fələstinli xəsarət alıb

Trend-in məlumatına görə, bu barədə Qızıl aypara təşkilatının rəsmisi Erab al-Fukaha bildirib.

Al-Fukaha deyib: "Bu gecə Qüdsün Beyt Xanin məhəlləsində İsrail əsgərləri ilə toqquşmada on doqquz fələstinli yaralanıb".

Qəzza zolağında hər cümə günü fələstinlilərin etiraz aksiyaları baş verir və anklav sərhədlərində İsrail qüvvələri ilə toqquşmalarla müşayiət edilir. 30 mart 2018-ci ildən indiyənədək bu toqquşmalarda 315 fələstinlinin həyatına son qoyulub.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm