İsraildə sinaqoqun tribunasının çökməsi zamanı ölənlərin və xəsarət alanların sayı artdı
16.05.2021 22:27 Dünya

İsraildə sinaqoqun tribunasının çökməsi zamanı ölənlərin və xəsarət alanların sayı artdı

İsrailin Qivat-Zeev şəhərində sinaqoqda Şavout bayramı münasibətilə keçirilən mərasim zamanı tribunanın çökməsi nəticəsində həlak olanların sayı 2 nəfərə çatıb.

"MediaPost" xəbər verir ki, bu barədə təcili tibbi yardım xidməti məlumat yayıb.

“The Jerusalem Post” isə bildirib ki, hadisə zamanı 132 nəfər xəsarət alıb. Məlumata görə, yaralılardan 5-i ağır, 8-i orta ağır vəziyyətdədir. Hadisə zamanı xəsarət alanlardan 119-nun vəziyyəti normaldır.

Xəbərlər şöbəsi

Gündəm